Xəbərlər / Media

Seçkilərdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb

11-04-2018, 17:44
Saat 08.00-dan 15.00-dək olan müddətdə Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Ötən zaman kəsiyində Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə cəmi 1 müraciət daxil olub. "İnter.az" telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 41 saylı Sumqayıt birinci və 42 saylı Sumqayıt ikinci, Şuranın İdarə Heyətinin üzvləri - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid 45 saylı Abşeron, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai dördüncü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev 34 saylı Xətai ikinci, "Bakinski raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyev 23 saylı Nəsimi-Səbail, Milli.Az xəbər portalının baş redaktoru Anar İmanov 29 saylı Səbail, "Cümhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını müşahidə ediblər, hər hansı maneə qeydə almayıblar.

Mətbuat Şurasının monitorinq qrupunun üzvləri həmçinin olduqları məntəqələrdə yüksək seçici fəallığını, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığını qeydə alıblar.

Bir daha bildiririk ki, Azərbaycan Mətbuat Şurasının Şurasının (012) 441 35 30 telefon, həmçinin (050) 242 09 91 və (055) 201 99 26 mobil nömrələri 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq "qaynar xətt" rejimində fəaliyyətdədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]