Media

“Le Carrefour” qəzetinin təqdimatı olub

7-04-2017, 14:25

Azərbaycanda Fransız İnstitutunda Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” ("Yol qovşağı") qəzetinin və www.lecarrefour.az saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində təqdimatı keçirilib.

Xeberman.com Teleqraf.com -a istinadən xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev, Mətbuat Şurasının sədri, millət vəkilləri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Kamran Nəbizadə, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, Fransa səfirliyinin, müxtəlif media təşkilatları və orqanlarının rəhbərləri və nümayəndələri, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

Qəzetin təsisçisi və baş redaktoru Zeynab Kazımova “Le Carrefour” qəzetinin yaranması tarixindən, qəzetin ilk nəşrinin çapından, hazırkı durumundan, qəzetin elektron versiyasının fəaliyyətindən danışıb.

Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək və Azərbaycanın təbliği olduğunu vurğulayan Zeynəb Kazımova qəzetin və saytın fəaliyyətinin Azərbaycan-Fransa münasibətlərinin media sahəsindəki əməkdaşlığına yönəldiyini bildirib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qəzetin fəaliyyətini yüksək qiymətləndirib. 10 yaşını qeyd edəcək qəzetin Azərbaycan-Fransa əlaqələrinin inkişafında daha geniş rol oynayacağına inamını ifadə edib. Azərbaycanla Fransa arasında əlaqələrin yaranmasının bu il 25 ilinin tamam olduğunu vurğulayan səfir iki ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanda yeganə frankofon qəzetin mövcudluğundan məmnun olduğunu deyib.


Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkəmizdə yeganə fransızdilli qəzetdir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]