Əsas Səhifə / Dünya / İslam

“Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək

25-07-2017, 14:23

Qüdsdə “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Məlumata görə, müvafiq qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən qəbul olunub. Metal detektorları nəzarət kameraları əvəzləyəcək. Bununla əlaqədar İsrail polisi və təhlükəsizlik tədbirləri ilə məşğul olan şirkətlər arasında danışıqlar aparılıb.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha 1-i yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]