Kriminal

Azərbaycanda avtobus qəzası – Ölən və yaralananlar var

4-04-2018, 14:44
Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Xeberman.com xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]