Kriminal

Azərbaycanda dəhşətli qəza: ölənlər və yaralananlar var

18-02-2018, 23:05
Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Xeberman.com “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakinləri – 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb.

Digər iki sərnişin – Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]