Kriminal

KİLLER GENERAL HƏBSDƏ DƏ ƏMƏLLƏRİNİ DAVAM ETDİRİR - Sensasiyalı məlumatlar

24-01-2016, 02:30
KİLLER GENERAL HƏBSDƏ DƏ ƏMƏLLƏRİNİ DAVAM ETDİRİR - Sensasiyalı məlumatlar

Akif Çovdarov kriminal aləmlə, xüsusilə kriminal aləmdəki nüfuz sahibləri ilə əlaqələrini bir qədər də möhkəmləndirib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın olan, cəmiyyətdə odioz fiqur kimi tanınan Akif Çovdarovla bağlı da bir neçə yeni xəbər var. "Yeni musavat”a verilən məlumatlar onu deməyə əsas verir ki, hazırda Bakı İstintaq Təcridxanasında xüsusi nəzarət altında saxlanılan Akif Çovdarovun çöllə əlaqələri, rabitəsi qalır. Söhbət nəzarət altında onun yaxınları ilə telefon danışığından getmir.
Xəbər var ki, A.Çovdarov köhnə əlaqələrinin hesabına təcridxana divarlarından kənarda "işləri”ni davam etdirə bilir. Onun qarşısını sadəcə ala bilmirlər. Yazmışdıq, bir də yada salaq. Akif Çovdarov vaxtilə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində işləyib. Həmin vaxt Ramiz Heybətov müəssisənin rəisi, Akif Hacıyevlə Elxan Sadıqov isə müavin olublar. Akif Çovdarovun onlarla, xüsusən də Akif Hacıyev və Elxan Sadıqovla çox yaxşı dostluq münasibətləri olub və indiyədək də davam edir. Akif Hacıyev Rövşən Cavadovun bacısının həyat yoldaşıdır. Akif Çovdarovun AXC hakimiyyətə gələnə qədər Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışdığı, Milli Təhlükəsizlik Nazirliyinə qayınatası vasitəsi ilə transfer olunduğu bildirilir. Qeyd olunur ki, A.Çovdarovun qayınatası təhlükəsizlik işçisi olub və onu bu sistemə işə də o gətirib. Akif Hacıyev isə sonralar fəaliyyətini DİN sistemində davam etdirib və Cəlilabadın polis rəisi olub. Sonuncu iş yeri DİN-də inspektor olub. A.Çovdarovun MTN-in keçirdiyi "Qara kəmər” əməliyyatı zamanı həbs olunan Hacı Məmmədovla münasibətlərinin olduğu haqda da məlumatlar var.
Bildirilir ki, Akif Hacıyev Hacı Məmmədovun həbsindən sonra DİN-dən uzaqlaşdırılıb. Akif Çovdarovla Hacı Məmmədovun Akif Hacıyevin vasitəsi ilə şəxsi münasibətlərinin ola biləcəyi də istisna edilmir. Akif Çovdarovun şəxsi keyfiyyətlərinə gəldikdə isə o, yuxarıdan verilən tapşırıqları dərhal və heç bir tərəddüdsüz, eyni zamanda, ehtiyac olanda xüsusi qəddarlıqla icra edən bir şəxs kimi xarakterizə edilir.
CovdarovEyni zamanda Akif Çovdarovun hələ cəzaçəkmə müəssisində çalışdığı vaxtlardan kriminal aləmlə əlaqələrinin olduğu bildirilir. Qeyd olunur ki, MTN-də Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini daşıdığı dövrlərdə də Akif Çovdarov kriminal aləmlə, xüsusilə kriminal aləmdəki nüfuz sahibləri ilə əlaqələrini bir qədər də möhkəmləndirib. Onun adı kriminal aləmdə ara-sıra baş qaldıran nüfuz müharibələrində iştirak edən tərəflərdən birinə dəstək verməkdə də keçir.

Bu baxımdan təcridxana divarları arasında olmaq digər MTN-çilərə münasibətdə Akif Çovdarov üçün faciə deyil. Məsələn, MTN-in Anti-Terror Mərkəzinin rəisi general-mayor Elçin Quliyevin mənəvi baxımdan sınmış olduğu haqda məlumatlarla yanaşı, ara-sıra Akif Çovdarovun özünü çox yaxşı hiss etməsi haqda da xəbərlər yayılır. Ona həbsxana divarları bir növ doğmadır. Elə bu doğmalıq, köhnə əlaqələri ona "içəri”də istədiyi işləri görmək, çölə istədiyi ismarışı göndərmək imkanlarını verir.
Yeri gəlmişkən qeyd edək ki, onun ötən il dekabrın 20-də Bakı İstintaq Təcridxanasındakı kamerasında müəmmalı şəkildə dünyasını dəyişmiş MTN polkovniki İlqar Əliyevlə münasibətlərini son dərəcə kəskin olması xəbəri də var.Belə aydın olur ki, MTN-də işlədikləri vaxtlarda Akif Çovdarovla İlqar Əliyevin münasibətləri o qədər də yaxşı olmayıb. Hər iki MTN-çi həbsə düşəndən sonra münasibətləri daha da pisləşib. Bunun səbəbi haqda mənbəmiz bilgi verməsə də, qeyd edib ki, İlqar Əliyevin ölümündən əvvəl Akif Çovdarovla qovğası olub. Bu qovğa təbii ki, İlqar Əliyevin ölümündən sonra sona çatıb…

9 saylı cəzaçəkmə müəssisəsində həbsdəki MTN-çilər üçün xüsusi korpus tikilir

1336204430_qobustan-hebsxanaKriminal aləmdə "qırmızı zon” adlanan 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan MTN-çilər üçün ayrıca xüsusi korpus tikilir. Bu haqda redaksiyamıza daxil olan məlumat onu deməyə əsas verir ki, MTN-çilər məhkəmə qarşısına çıxarılandan sonra da xüsusi nəzarət altında, digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlanacaqlar.Bunun özəl səbəbləri var. Bu səbəblərdən biri də dəmir barmaqlıq arxasına salınan MTN-çilərin xidmətlə əlaqəli əldə etdikləri, tanış olmalarına vəzifələrinin yol açdığı informasiyalar azı 50 il aktuallığını saxlayır. Həmin informasiyaların onlardan digər məhkumların ala bilməsi ehtimalı var. Yada salaq ki, Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-çilər də xüsusi nəzarət altında saxlanılırlar.

Qəssablıq – Hacı Məmmədovla Akif Çovdarovu birləşdirən peşə?!

haci_11111_45448_hacimemmedovHazırda Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətində olan İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədovla Akif Çovdarovun hər iki şəxsin azadlıqda olduğu dövrdən münasibətlərinin olması haqda xəbərləri bölüşdük. Hacı Məmmədovun həbsindən sonra onun kimliyi ilə bağlı yayılan məlumatlarda atasının tanınmış qəssab olduğu bildirilrdi. "Gundəm-xəbər” qəzeti yazır ki, hazırda həbsdə olan Akif Çovdarovun atası da "pasaj bazarı”nda, çoxlarının "Şüşəli bazar” kimi tanıdığı ərazidə qəssab işləyib. Generalın atasının uzun müddət bu bazarda ət kəsib, satdığı ortaya çıxıb. Qəzetə məlumatı verən mənbə deyib ki, A.Çovdarovun atası çox sərt adam olub. "Yeni Müsavat”a daxil olan məlumatda isə A.Çovdarovun atasının müəllim olduğu deyilir.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]