Gündəm

Azərbaycanda Amerika hərbi bazaları yerləşdirilə bilər

28-01-2016, 09:29
Azərbaycanda Amerika hərbi bazaları yerləşdirilə bilər
ABŞ-ın Avropadakı Silahli Qüvvələrinin komandanlığı Vaşinqtonun qitədə yenilənmiş hərbi strategiyasını elan edib. Yayılan sənəddə vəziyyətə təzə baxış və yeni hədəflər əksini tapıb. Həmçinin, son 3-5 illik təhlillərin sonucu kimi 6 prioritet açıqlanıb. 

Birinci yerdə komandanlıq "Rusiya təcavüzünün önlənməsi”ni qoyub. Qalan 5 prioritet özündə NATO-nun hərbi-siyasi blok olaraq möhkəmlənməsini, ABŞ-ın strateji tərəfdaşlarının saxlanmasını, transmilli hədələrə müqaviməti, habelə hərbi qüvvə yerləşdirilməsi və hazırlığın təminatını, həlledici münasibətlərdə fokuslanmanı ehtiva edir. 

"Şərqdə və şimalda narahatlıq üçün əsas amil Rusiyadır – hansı Rusiya ki, Şərqi Avropada öz aqressivliyini artırıb və Arktikanıda hərbiləşdirməkdədir. Rusiya regionda qeyri-sabitlik yayır ki, bu da təhlükəsizliyin birgə təminatı imkanlarını süpürüb atır”, – deyə sənədə bildirilir. 

***** 

Amerika hərbi kontingentinin yeni strategiyasını şərh edən Rusiya Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti, politoloq KonstantinSivkov bunları deyib: "Praktik planda bu, özünü onda göstərəcək ki, ABŞ əvvəllər onun nəzarət dairəsinə daxil olmayan dövlətlərdə də yeni bazalar yaratmağa çalışacaq”. 

Onun sözlərinə görə, ilk növbədə Gürcüstanda hərbi bazanın peyda olmasını gözləmək lazımdır. "Daha geniş planda isə Vaşinqton Azərbaycandan tələb edəcək ki, o da öz ərazisində amerikalı hərbçiləri qəbul eləsin” - əlavə edib rusiyalı ekspert.

"Rusiyanın təhlükə kəsb eləməsi və aqressiv olması barədə versiyalar – ədalətsiz rəqabətdən doğan təzahürdən başqa bir şey deyil. Görünür potensial müttəfiqlərimizi Rusiyanın özünə münasibətdə də maksimal şəkildə antaqonistləşdirmək, Rusiyanı şər imperiyası kimi təqdim eləmək lazımdır”. Bunu isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri KonstantinKosaçev deyib.

***** 

Bu arada Gürcüstanın sabiq prezidenti, Ukraynanın qubernatoru MixailSaakaşvili Rusiya və onun prezidenti Vladimir Putun haqda bədbin proqnozla çıxış edib. "Qordon” Ukrayna nəşrinə müsahibəsində o deyib ki, Putinilabüd son və ölkənin dağılması gözləyir.

"Çünki Türkiyə kimi güclü rəqib, düşmən qazanmaq – bu, sənə zarafat gəlməsin. Buna görə də mən düşünürəm ki, Putinin sonu yaxınlaşır. Pütinin getməsi qaçılmazdır” – qeyd edib Saakaşvili.

Onun sözlərinə görə, Putin hakimiyyətinin çöküşündən sonra Rusiyada qarışıqlıq yaranacaq: "Ona görə ki, Rusiyada hakimiyyəti götürə biləcək elita qalmayıb. Putin bütün siyasi həyatı məhv edib. Rusiyanın hərbi sinfi də yoxdu ki, ölkənin idarəçiliyinin ələ ala bilsin, təhlükəsizlik strukturları isə bu iş üçün yararlı deyil. Bax, onda qarışıqlıq yaranacaq və ərazi bütövlüyü ilə bağlı problemlər ortaya çıxacaq”.

Saakavili həmçinin, Çeçenistan lideri RamzanKadırovu ağılsız adlandırıb. Putin hakimiyyətinin çöküşü ilə Rusiyanın ərazi bütövlüyü problemlərinin baş qaldıracağını deyərkən o, ən əvvəl Şimali Qafqazın ayrılacağını söyləyib: "İlk növbədə Şimali Qafqaz Rusiyadan qopacaq, çünki Moskva ona müstəmləkə kimi baxır və davranır. Rusiya orada sekulyar liderlərin hamısını məhv edib və real olaraq, ağılsız islam təlxəyi Kadırovu qazanıb”. "Bu qədər adamı öldürən adam tam normal ola bilməz” - əlavə edib Saakaşvili.

Qeyd edək ki, ABŞ-ın "kölgə kəşfiyyatı” sayılan "Stratfor” analitik şirkəti də ötən il hazırladığı hesabatların birində yaxın on il üçün - 2015-ci ilədək Rusiyanın çökəcəyini proqnozlaşdırıb. Təhlilçilər bunun səbəblərindən biri kimi ölkədə mərkəzdənqaçma meyllərinin güclənməsi və regionları idarə etməyin mümkünsüz hala gəlməsi ilə izah eləmişdilər. 

Sitat: "Yaxın 10 ildə Rusiyanın indiki formada mövcud olması ehtimalı yüksək deyil. Biz Rusiya Federasiyasının indiki formada 10 il də mövcud olacağını düşünmürük. Təbii xammalın ixracatından yüksək asılılıq və neftin qiymətinin qeyri-müəyyənliyi Moskvaya ölkənin bütün ərazisində dövlət institutlarını saxlamağa imkan verməyəcək. Biz Moskva hakimiyyətinin ciddi surətdə zəifləyəcəyini gözləyirik…”

Administratorla əlaqə

077 611-55-22

[email protected]