Əsas Səhifə / Dünya

ABŞ-ın mühasirə planı: Çin niyə qorxur?

6-03-2018, 23:42
Xeberman.com xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı politoloq Yuri Tavrovski söyləyib.


“Hərbi büdcənin artırılması real reaksiyadır. ABŞ bir müddət öncə Rusiya kimi Çini də strateji rəqib adlandırıb. Pekin isə Vaşinqtonun nə etmək istədiyini yaxşı anlayır. Amerikalılar hazırda Çinə qarşı dörd ölkədən ibarət “kvadrat” yaratmaq istəyir. Buraya ABŞ, Yaponiya, Avstraliya və Hindistan daxil olmalıdır. Bunun hədəfi isə Çinin Sakit və Hind okeanındakı aktivliyinin qarşısını almaqdır. Məhz bu hissədən Çinin əsas ticarət xətti keçir. Əgər Çinin müharibəyə cəlbinə cəhd edilsə, o zaman bu müharibə Koreya yarımadasından yox, Tayvandan başlayacaq. Bütün bunlar Çini qorxudur”, – deyə o bildirib.


Qeyd edək ki, Çin bu il hərbi xərclərini 8,1% artıraraq 175 milyard dollara çatdıracağını bəyan edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]