Xəbərlər / Maraqlı

Türkmənistanda seçki: Seçicilər musiqi ilə qarşılanır

25-03-2018, 11:49

Türkmənistanda parlament seçkiləri başlayıb.

Bütün ölkə ərazisində səsverməyə yerli vaxtla saat 07:00-da start verilib.

Seçki məntəqələrinin qarşısında folklor və estrada ansanblları dayanıb. Onlar səsverməyə gələnləri mahnı və rəqslə qarşılayırlar.

Ölkə ərazisində 3.2 milyondan çox seçici var. Onların da artıq yarısı 4 saat ərzində səslərini verib.

Qeyd edək ki, 125 yerlik Türkmənistan parlamentinə seçilmək uğrunda 284 nəfər mübarizə aparır. // Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]