Siyasət / Dünya
Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbs edildi
20-03-2018, 12:38
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Nanter şəhərində fransız polisi tərəfindən həbs edilib.
Musavat.com “Le Monde” qəzetinə istinadən xəbər verir ki, Sarkozi hazırda maliyyə polisinin müstəntiqləri tərəfindən sorğu-sual edilir.
Qəzetin yazıdğına əsasən, hüquq-mühafizə orqanları onun 2007-ci il prezident seçkiləri ilə bağlı kampaniyasına Liviyanın keçmiş lideri Muəmmər Qəzzafi tərəfindən dəstək verilməsi ilə bağlı məlumatları yoxlayır.
Image result for sarkozi
Xatırldadaq ki, Sarkoziyə qarşı cinayət işi ilk dəfə 2012-ci ildə açılıb. Bir müddət sonra kifayət qədər dəlillərin toplanması ilə bağlı olaraq təhqiqat dayandırılıb. Lakin 2017-ci ildə Fransa məhkəməsi Sarkoziyə qarşı yeni ittihamlar irəli sürüb və araşdırmanı bərpa edib.
Müstəntiqlər hazırda Sarkozinin 2-ci müddəti üçün namizədliyini irəli sürdüyü və Fransua Ollanda uduzduğu 2012-ci il seçki kampaaiyasını da yoxlamağa başlayıblar.