Gündəm / Dünya

Sabiq baş nazir həbs edildi

4-12-2017, 02:57
Sabiq baş nazir həbs edildiBirləşmiş Ərəb Əmirliklərində yaşayan və ölkəsində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Misirin sabiq baş naziri Əhməd Şəfiq həbs olunub.

Xeberman.com Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şəfiqin vəkili Dina Ədli Hüseyn bildirib.

Onun sözlərinə görə, BƏƏ-də evində olarkən polislər tərəfindən aparılıb.

Qeyd edək ki, Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il prezident seçkilərində namizəd olan Əhməd Şəfiq 2018-ci ildə də ölkəsində keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]