Dünya

Fransanın yeni prezidenti Makron seçildi

7-05-2017, 23:07

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, birinci turda 24,01% səs toplayan “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3% səs toplayan Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ikinci turda mübarizə aparırlar.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.

***

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə birlikdə Parisdə səs verib.

Hazırda ölkə üzrə seçici aktivliyi 28.23 faizdir.

***

“İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ailələri ilə birlikdə səs verib.

***

Belçikanın “Soir” qəzetinin Fransanın dənizsahili əyalətlərində seçicilərdən götürdüyü sorğuya əsasən, Emmanuel Makron hazırda liderlik edir.

***

Prezident seçkilərinin ilkin nəticəsi Bakı vaxtı ilə saat 22:00-da elan ediləcək. İndiyə qədər isə seçicilərin o qədər də fəal olmadığı üzə çıxıb.

Belə ki, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin yalnız 65,3 faizi seçkidə iştirak edib. Seçkilərin birinci turunda 17:00-a qədər artıq seçicilərin 69,42 faizi səs vermişdi.

***

Prezidentliyə namizəd Marin Le Pen seçkinin nəticələrini müşahidə etmək üçün Parisdəki seçki qərargahına gəlib.

***

Frans-Press Agentliyi qeyri-rəsmi məlumat əsasında seçkilərdə Emmanuel Makronun qələbə çaldığını açıqlayıb.

***

Daxili İşlər Nazirliyi ilkin nəticələri açıqlayıb. Hazırda 4,1 milyon seçicinin səsi hesablanıb. Hesablanan səslərə görə, 60,19%, Le Pen isə 39,81% səs toplayıb.

***

Le Pen son rəsmi nəticələri gözləmədən artıq Emmanuel Makronu qələbə münasibəti ilə təbrik edib. O, fransızların stabilliyə səs verdiyini açıqlayıb.

***

Olland qələbə münasibəti ilə Makronu təbrik edib.

Seçicilərin isə 20 faizinin səsi hesablanıb. Hazırkı rəsmi nəticələrə görə, Makron 59,93 faizlə liderdir. Səslərin sayılması davam edir.

***

Avropa Komissiyasının sədri Jan-Klod Yunker fransızların seçimini "Avropanın gələcəyinə səs verilməsi" kimi dəyərləndirib. Almaniya XİN rəhbəri Qabriyel Ziqmar isə dostu Makronun qələbəsindən sevindiyini bildirib, bu günü "Fransa, Almaniya və Avropa üçün yaxşı gün" adlandırıb.

***

Səslərin 30%-i sayılıb. Makronun səsi 60,52 faizə qalxıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]