Foto Fakt

Ağdam DSMF-si sağ adamı necə "ölü" etdi (FOTO FAKT)

18-03-2018, 15:01
Məlumata əsasən,Ağdam rayon sakini Məmmədov Elgün Natiq oğlu sağ olduğu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam Şöbəsi onu ğlmüş kimi təqdim edib.
Belə ki, Ünvanlı Sosial Yardımı kəsilən Ağdam rayon sakini E. Məmmədiov sözü gedən idarəyə müraciət edib. İdarə rəsmisi ona yardım ala bilməməsinin səbəbini onun ölməsi ilə əsaslandırıb. Yəni idarədən Elgün Məmmədovun diri oduğu halda ölü kimi sosial yardımdan məhrum edilməsini vətəndaşa bildiriblər.
Bu halla bağlı Vetenperverler.az-a üz tutan Ağdam sakini bildirir ki, 2017-ci ilin əvvəllərindən Ünvanlı sosial yardım alır. Bu ilin əvvəlindən isə ona təyin olunmuş sosial yardım kəsildiyi üçün Ağdam DSMF-sinə müraciət edib. Ağdam DSMF-sinin rəsmisi sosial yardımın kəsilməsinə səbəb kimi onun vəfat etməsini göstərib. İdarənin bu cavabından şok yaşayan Elgün Məmmədov bildirir ki, sağ salamat olduğu halda necə ola bilər ki, ölü kimi yardımı kəsilsin? DSMF rəsmisi vətəndaşın bu sualına da onun Ağdam DSMF-sində ölü kimi qeydiyyatda olmasına dair rəsmi sənəd göstərib. Bu fakta istinadən ehtimal etmək olar ki, Ağdam DSMF-də neçə-neçə diri ikən ölülər və ölü ikən dirilər var.? Artıq göründüyü kimi Ağdam rayon DSMF-nun aidiyyatı qurumlar tərəfindən ciddi yoxlamalara ehtiyacı var.

Bu halla bağlı araşdırmaya başlayan Vetenperverler.az-ın araşdırma qrupu çox maraqlı faktlar əldə etdi.

Təqdim etdiyimiz foto faktdan da göründüyü kimi Ağdam rayon sakini Elgün Məmmədovun ünvanlı sosial yardımının kəsilməsi səbəbi onun "ölümü"dür.
Lakin vətəndaş and-aman edir ki, o ölməyib və hal hazırda sağdır.

Ağdam DSMF-si sağ adamı necə "ölü" etdi (FOTO FAKT)

Administratorla əlaqə

077 611-55-22

[email protected]