Ölkə

Sosial yardımın yeni "maxinasiya"sı - vətəndaşın özündən xəbərsiz sosil yardım alırmışlar...

6-04-2017, 00:03
Sosial yardımın yeni "maxinasiya"sı - vətəndaşın özündən xəbərsiz sosil yardım alırmışlar...Abşeron rayon sakini Abbasov Vüqar kimlərinsə onun adına sosial yardım təyin etdirib ondan xəbərsiz aldıqları barədə sayta danışıb. Belə ki, vətəndaş Abbasov qeyd edib ki, uzun illərdir ki, imkansız olduğundan özü və ailəsi üçün sosial yardım almaq üçün müraciətlər edib. Cürbəcür bəhanələrlə onun müraciətini illərdir rədd ediblər. Yeni dönəmdə qaydalar dəyişib internet sistemə keçiddən sonra o yenə bəxtini sınamaq istəyib. Müvafiq notarial ərizə və digər lazım olan, əslində tələb olunan sənədləri yığaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib. On uzun müddət heç bir cavab verilməyib. Sənədlərinin gözləmədə olduğu bildirilib.

04.04.2017 ci il tarixdə isə həmin nazirliyin VEMTAS xidmətindən ona rəsmi məlumat daxil olub ki, sizin 18.10.2016 cı ildən bu günədək aldığınız sosial yardım yeni yoxlamalara əsasən dayandırılmışdır.

Vətəndaş Vüqar Abbasov qeyd edir ki, deməli əgər qabaqlar ondan yardımın düzələcəyi təqdirdə 6 ayı qabaqcadan istənilirdisə, indi o cür mümkün olmadığına görə bu cür mənimsəmə edirlər.
O qeyd edir ki, ona nə kart verilib, nə də digər vasitə ilə bir qəpik də pul almayıb. Saxta yolla onun adına yardım alanlar görünür onun telefon nömrəsini müvafiq toplanan sənədlərdə unudublar və ona bu məlumat daxil olub.
Vətəndaş həmçinin qeyd edir ki, o dərhal Daxili İşlər Nazirliyinin 102 və Respublika Baş Prokurorluğu Yanında Korrupsiya və Rüşvətxoluğa qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttlərinə ətraflı və dolğun şikayət- məlumat verib. Həmin orqanlardan onun şikayətini qedə alaraq araşdırılacağını bildiriblər.mediaxeberleri.az//

Administratorla əlaqə

077 611-55-22

[email protected]