Əsas Səhifə / Media

V.Rəhimzadə jurnalistlərə vahid kartın verilməsi ilə bağlı səsləndirilən fikirləri dəstəklədiyini bildirib

10-03-2018, 13:36
Xeberman.com Trend-ə istinadən xəbər verir ki, bunu "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

V.Rəhimzadə jurnalistlərə vahid kartın verilməsi ilə bağlı səsləndirilən fikirləri dəstəklədiyini bildirib: "Bununla jurnalistikaya aidiyyəti olmayan insanların mediaya daxil edilməsinin qarşısı alınar. Bəzən həbsaxanada olan, jurnalistikaya aidiyyəti olmayan insanlara jurnalist vəsiqəsi verirlər, sonra da bundan qarayaxma məqsədilə istifadə edirlər. Bunun qarşısı alınmalıdır".





O bildirib ki, adam var, 15 sayt yaradır, insanlara qarşı mənəvi terror, şantaj xarakterli əməllər törədir: "Mətbuat Şurası bununla bağlı xəbərdarlıq edib, ancaq qəti tədbirlər görülməlidir. Bu, təkcə şantaj deyil, cəmiyyətimizi, mədəniyyətimizi, tariximizi ləkələməkdir".

Administratorla əlaqə

077 611-55-22

[email protected]