Foto Fakt / İslam

RUSTAVİ ŞƏHƏRİNDƏ HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜD MƏRASİMİ KEÇİRİLDİ (FOTO)

9-03-2018, 22:57
 RUSTAVİ ŞƏHƏRİNDƏ  HZ.FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜD MƏRASİMİ KEÇİRİLDİ (FOTO)
Neçə gündür ki, dünyanın bir neçə ölkələrində olduğu kimi Gürcüstanın da bir çox bölgələrində Həzrət Peyğəmbərimizin (s) əziz qızı, İmamət anası, Xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə silsilə bayram tədbirləri və mərasimlər təşkil olunur.
Bu gün isə növbəti mərassim Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və “Müsəlman Qadınları İcması”nın təşkilatçılığı ilə Rustavi şəhərində müsəlman xanımların iştirakı ilə keçirildi.
Üç saat müddətində proqramlaşdırılan mərasim Quran tilavəti ilə açıq elan olunuqdan sonra çıxışlarla davam etdi. Çıxış edənlər Hz. Fatimeyi Zəhranın (s.ə) fəziləti haqqında və həyatından örnəklər gətirilrək O Həzrətdən alınan dərslər, Xanmımın simasında İslamda ailə və nümunəvi qadın mövzularında ətraflı danışdılar. Sonra mərasim şeir və dini ilahilər sədaları altında davam edib dualarla sona çatdı. Sonda sual cavab yarışının qaliblərinə və xanımın adının daşıyıcılarına hədiyyələr mərasim iştirakçılarına isə jurnal, təqvim və posterlər təqdim olundu.










Administratorla əlaqə

077 611-55-22

[email protected]