Əsas Səhifə / Media

Elmar Hüseynovun anım mərasiminə həsr olunmuş xüsusi buraxılış jurnalın təqdimatı baş tutub

3-03-2018, 01:07
Bu gün mərhum jurnalist, “Monitor”jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun qətlindən 13 il keçir.

Monitortv.info xəbər verir ki,Elmar Hüseynovun xatirəsinə həsr olunmuş, xüsusi buraxılış “Monitor”jurnalının təqdimat tədbiri və anım mərasimi keçirilib. Mərhum jurnalistin yaxın qohumu və davamçısı İsmayıl İslamoğlu anım mərasiminə hazırlanmış jurnalın təqdimatını keçirib. Təqdimatda tanınmış media nümayəndələri o cümlədən siyasi partiya rəsmiləri iştirak ediblər. Tədbir E.Hüseynovun xatirəsinin bir dəyqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra jurnal haqqında geniş məlumat verən İsmayıl İslamoğlu vurğulayıb : “Bu jurnal çox çətinliklərlə ərsəyə gəldi. Mətbəələr üzümüzə qapansa da, bacardığımız qədəri ilə, bu günkü tədbirin keçirilməsi üçün əlimizdən gələni etdik. Təkcə jurnalın təqdimatını keçirməklə kifayətlənmirik, buradan əldə olunan bütün gəlirlər jurnalistika fakültəsində oxuyan şəhid övladının təhsil haqqısının ödənilməsində istifadə olunacaq.”

Daha sonra tədbir təşkilatçısı olaraq, İ.İslamoğlu tanınmış media başkanlarına söz verib.Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı, professor Qulu Məhərrəmli, Bastainfo.com saytının direktoru Mustafa Hacıbəyli, Milliyət.az xəbər portalının rəhbəri Ramiz Tağıyev, PS-nota.com saytının direktoru Sərdar Əlibəyli, Müsavat Partiyasının rəsmisi Gülağa Aslanlı, yazıçı Zümrüd Yağmur, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Dilarə Miriyeva, Siyasi Məhbusların Koordinasiya Mərkəzinin idarə heyyətinin üzvü Zəfər Əhmədov çıxış ediblər. Hər biri mərhum jurnalistin Azərbaycan mətbuatında göstərdiyi xidmətlərdən bəhs edib, onun xatirəsinə həsr olunmuş jurnal haqqında fikirlərini bildiriblər.

Tədbir Elmar Hüseynov haqqında hazırlanmış sənədli video reportajın təqdimatı ilə başa çatıb. Daha sonra jurnalistikaya yenicə qədəm qoyan gənc jurnalistlər E.Hüseynovun məzarını ziyarət ediblər.



Elçin Rəhimzadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]