Əsas Səhifə / Mədəniyyət

Xalq artisti dünyasını dəyişib

9-02-2018, 00:41

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.
Xeberman.Com-un məlumatına görə, o, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib”.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

Eltac Xudizadə

Administratorla əlaqə

077 611-55-22

[email protected]