Xəbərlər

“Bulvar”da gənc oğlan intihar edib

11-04-2017, 14:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Xeberman.com FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]