Xəbərlər / Gündəm

81 yaşlı qadın diplom aldı

6-02-2018, 19:05

Çində 81 yaşlı qadın ali təhsil haqqında diplom alaraq, elektron ticarət sahəsi üzrə mütəxəssissə çevrilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Tyanzsin Universitetinin məzunu Syue Minsyu adıçəkilən təhsil ocağına 77 yaşında qəbul olunub. Onun distant təhsil aldığı bildirilir.

“Oxumaqdan zövq alırdım, mənim üçün mükafat kimi idi. Həyatımda ən vacib şeylər öz yolumu tutmaq, çətinliklər qarşısında təslim olmamaq, cəsarətli şəkildə irəli getmək olub.”

Məlumatda qeyd olunur ki, sonuncu imtahanı qadın 6-cı cəhddən sonra verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]