Xəbərlər / Maraqlı

İnanılmaz olay: Türk qadın qəzaya düşdükdən sonra rusca danışmağa başlayıb – VİDEO

26-10-2017, 10:56
İnanılmaz olay: Türk qadın qəzaya düşdükdən sonra rusca danışmağa başlayıb – VİDEO
Qadın keçirdiyi qəzadan sonra öz ana dilini unudub.

Missiya.az xəbər verir ki, qəribə hadisə Türkiyənin Osmaniyə şəhərində baş verib.

27 yaşlı Haticə Tatıer qəza keçirdikdən sonra rus dilində danışmağa başlayıb. Türkiyənin Osmaniyə şəhərində gözəllik salonunun müdiri, 2 uşaq anası 27 yaşlı Haticə Tatlıer qəzadan əvvəl rus dilində danışa bilmədiyini deyib.

Qəza 4 ay əvvəl baş verib. Avtomobil hərəkətdə olarkən anidən qapı açılıb və qadın arxa oturacaqdan yerə düşüb. Qadının başı sərt şəkildə yerə çırpılıb. Hadisədən sonra ətrafdakıların köməyi ilə təcili tibbi yardım çağrılıb. 10 gün reanimasiyada qaldıqdan sonra ayılan qadın türkcə çətinliklə danışıb. Qadın qəzadan sonra özbək dilində də danışmağa başlayıb. Həkimlərin dediyinə görə, belə bir dil dəyişikliyi dünyada 61 insanda aşkar olunub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]