Xəbərlər

ADU dövlət imtahanı ilə bağlı qərarını dəyişdirdi

31-05-2017, 18:53

Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanı ilə bağlı Elmi Şuranın iclası başa çatıb.

Xeberman.com “Report”-a istinadən xəbər verir ki, yekun qərara əsasən, dövlət imtahanı ilə bağlı qərar dəyişdirilib.

Qərara əsasən, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.

13:30

Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın bu gün keçiriləcək iclasına təklif olunan layihənin detalları açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Universitetin təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, bu gün keçiriləcək Elmi Şuranın iclasına 2 təklifdən ibarət layihə veriləcək: “Birinci variant odur ki, imtahan bir yazılı və 50 test sualından ibarət olsun, ikinci variant isə diplom işidir”.

Bunlardan biri Elmi Şuranın iclasında təsdiqlənəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]