Xəbərlər

Lavrovdan Qarabağla bağlı açıqlama

1-02-2018, 18:44

Dağlıq Qarabağda təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılmasına dair danışıqlar hələ 2010-cu ilin əvvəlində başlanıb.

Axar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda təmas xəttində baş vermiş hadisələrdən sonra Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, həmin il iyun ayında isə Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

RF XİN başçısı deyib: “Bu görüşlərdə təmas xəttindəki müşahidəçilərin sayının 6-7 nəfər artırılması barədə razılaşma əldə edilib. Bu razılaşmanı reallaşdırmaq üçün iş aparılıb, hazırda tərəflər bununla əlaqədar konkret parametrlər barədə razılığa gəlməyə yaxındırlar”.

Onun sözlərinə görə, münaqişələrin tənzimlənməsi ilə bağlı hər hansı proseslər təhlükəsizliyin möhkəmlənməsi və siyasi tənzimləmə addımlarının da daxil olduğu paralel tədbirləri əhatə etməlidir

S.Lavrov deyib:

“Atəşlərin sayı nə qədər çox olsa, bir o qədər tezliklə razılıq əldə edilər” məntiqi real həyatda yaramır. Ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədrləri tərəfindən fəal dəstəklənmiş razılaşması reallaşacaq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]