Xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər – YENİLƏNİB

30-06-2017, 13:40

Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü təklifinə razılığını və hazırlığını ifadə edib.

Xeberman.com xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşü ilə bağlı məsələni şərh edərkən bildirib.

O qeyd edib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub: “Bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər. Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.

12:31

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iyul ayında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün baş tuta biləcəyini istisna etməyib.

Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Nalbandyan bu gün parlamentdə jurnalistlərlə görüş zamanı bəyan edib.

O, iki ölkənin XİN rəhbərlərinin görüşünün baş tutacağını istisna etməyib. Bu barədə o, daha öncə estoniyalı həmkarı Sevan Mikserlə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]