Xəbərlər

Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirləri keçirilir

18-01-2018, 10:33

Paytaxt məktəblərində 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxsaylı tədbirlər təşkil edilir. Xeberman.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, "Dəyirmi masa", seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir. Həmçinin, şagirdlərin Milli Qəhrəmanlarla, şəhid ailələri və keçmiş döyüşçülərlə görüşləri, gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimlərində iştirakı, tarixi və hərbi eksponatların saxlandığı muzeylərə ekskursiyaları təşkil olunur, məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir. Onu da qeyd edək ki, yanvarın 19-da məktəblərdə ilk dərslər ənənəvi olaraq, 20 Yanvar mövzusuna həsr olunur0

Administratorla əlaqə

077 611-55-22

[email protected]