Ölkə / İslam

Ziyarət şirkətinin manopoliya olmasında daxildə olduğu kimi xaricidəndə maraqlı qüvvələr var

5-01-2018, 16:14
Son bir ay ərzində Kərbəla və Məşəd ziyarətinə turlar təşkil edən "KarvanTur" MMC, "MM City Travel" MMC, "Nur Travel" MMC, "Furqan Travel" MMC, "Rəhim16" MMC, "Qaim313" turun fəaliyyəti haqqında qaranlıq məqamları açıqlamağa çalışırdıq. Bu yazının ətraflı olması üçün geniş araşdırma apardıq.Bu səbəbdən də yazımız serial xarakterli idi. Hər həftə ən azı bir dəfə bu şirkətlər haqqında geniş yazı hazırlmağa çalışacağıq. Bu gün isə araşdırma zamanı məlum olub ki, "Salam tur " şirkəti də əlavə oldu. Yazımızın ən dəhşətli faktını isə bu gün açıqlamağa çalışacağıq. Bu gün məlum oldu ki, adlarını yuxarıda qeyd etdiyim şirkətin müqəddəs məkanlara turların təşkili manopoliyasında olması üçün daxildən olduğu kimi xaricdəndə maraqlı qüvvələr var ki, ziyarətə ancaq bu şirkətlər adam yığıb gətirsin. Bu dəhşət saçan fakt çox şeylərdən xəbər verir.Araşdırmamız zamanı müəyyən etdiyimiz faktlar zəruri edir ki, adiyyatı üzrə dövlət orqanları bu məsələ ilə bağlı ciddi tədbir görsünlər.

Araşdırmamız zamanı belə bir sual yaranır ki, niyə zəvvarlar İraqda yerləşən müqəddəs məkanları ziyarət etmək üçün ancaq bu beş- altı şirkətlər vasitəsi ilə ora gedə bilər. . Bizə məlum olan bir neçə səbəb var. Onu yazımızda açıqlamağa çalışacağıq. İndi keçək əsas məsələyə. İraqda müqəddəs ziyarətlərə turlar təşkil etmək istəyən fərdi və yaxudda şirkətlər niyə bu beş- altı şirkətdən asılı olması bizi çox narahat edirdi. Bu üzdən bir çox müstəqil ziyarət şirkətlərindən informasiya öyrənməyə çalışdıq.Həmin vaxdı həmin şirkət nümayəndələri ehtiyatla adlarını saytımızda dərc etməmək xahişi ilə bildirdilər ki, İraq səfirliyi viza vermir. Səfirlikdən bildirdilər ki, gedin bu beş-altı şirkətin birindən alın vizanızı . Digər maraqlı olan fakt isə vizanın qiyməti 38 dollar təşkil etdiyi halda bu şirkətlər vastəsi ilə viza aldığımız zamanı vizanın qiyməti 75-dollara gəlir.İki dəfədən artıq bir qiymət əsasında vizanın verilməsi isə Azərbaycan zəvvarlarına qarşı edilən insafsızlıqdan başqa bir şey deyil.Gələn sayımızda Azərbaycan Xarici işlər Nazirliyinə bununla bağlı sorğu göndərəcəyik və mövqeyini dərc edəcəyik. Digər səbəb nəinki, bu qanunlar zəvvarlar üçün belədi, hətta fərdi qaydada getmək istəyənlər üçün də bu anormal şərtləri qoyurlar.
Maraqlı burasındadır ki, bu cür anormal hallar digər müsəlman ölkələrində də fəaliyyət göstərən İraq Səfirliyi də edib.Hətta bu il Ərbəyinə gedən zəvvarlar üçün əlavə rüşvət yığdığına görə İran İslam Respublikasındakı İraq səfirliyinin qovulması üçün Milli Məclisdə deputatlar tərəfindən məsələ qaldırılmışdır.Araşdırmamız davam edir.Daha etraflı gələn sayımızda.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]