Əsas Səhifə / Ölkə

"Qafqaz" Universitetinin prorektorunun adı şok qalmaqalda - İLGİNC TƏFƏRRÜAT

25-12-2015, 11:25
Prorektorun "Carlton Travel” nə əlaqəsi?
"Qafqaz” Univeritetinin prorektoru Mustafa Hacıyev "Carlton Travel”şirkətin himayədarlıq edir?
"Carlton Travel” şirkəti haqqında verdiyimiz yazılarda, MTN-in çirkin məqsədlərinə qulluq etmək üçün yaranması və həbs olunmuş sabiq polkovnik İlqar Əliyevin tam kurasiyasında olub.
XALQ.AZ-a verilən məlumatlarda bildirilir ki, iddialara əsasən viza alveri saxta sənəd düzəltməklə,yəni səfirliyə viza almaq üçün paket tələb olunan sənədlər,saxta iş yerindən arayış və bank hesabı hazırlayırlar. İddialara əsasən sənədlər İlqar Yusifova məxsus olan evdə hazırlanır, Xarici Dillər Universiteti ilə üzbəüz "AquaPark” yaşayış kompleksinin içində. Bu qardaşlar heç bir gizli əməldən qorxmadan cinayət fəaliyətlərini davam edirlər. Baxmayaraq ki, İlqar Yusifov saxta sənədlərlə,100 mindən artıq rüşvət alan yerdə tutulub, 3 il cinayət məsuliyyətinə cəlb olunub. 
Belə cinayətə görə fantastik bir həbs müddəti, 2 ildən sonra azadlığa çıxıb.İndi də bu qardaşlar ruhdan düşmürlər, nə olsun ki, Eldar Mahmudov işdən çıxdı,nə olsun ki, sabiq polkovnik İ.Əliyev tutuldu,himayadərlardan biri azadlıqdadir və yuksək vəzifədə işləyir. Qardaşların yeznələri olan Mustafa Hacıyevdi. Qafqaz Universitetinin prorektoru və MTN-də turizimin kuratorudu. Gələn yazımızda biz Mustafa Hacıyev barəsində geniş yazı verəcəyik və açıqlamasını da verəcəyik ki,niyə bu gizlin,görunməyən ,amma effektiv Yusifov qardaşlarına kömək edən məmura Rəis deyib ayrı turist şirkətləri qorxu içində qalırlar və hər bir şirkət rəis Mustafaya nə qədər aylıq verir? Gələn yazılarımızda Bəxtiyar Hüseynovun da haqqında yazı verəcəyik,Yusifov qardaşların ”sağ əlindən” və bibisi oğlundan,hansı işlərə baxır bu mafioz qurumda və gənc qızları iş adıyla niyə bu şirkətə cəlb edirlər. 
Məsələ ilə bağlı Qafqaz Universiteti ilə 3499966 (daxili 1317) əlaqə saxlasaq da Mustafa Hacıyev həftədə bir dəfə səhər saatlarında universitetdə olduğu üçün məlumat ala bilmədik. Şirkətin rəhbəri Vuqar Yusifovla əlaqə yaratdıq. Vuqar Yusifov əlaqələri inkar etməsə də, bildirdi ki, Baş prokurorluğa və Daxili İşlər Nazirliyinə bu məsələ ilə bağlı müraciət ediblər və bir neçə jurnalist həbs olunub. V.Yusifov bildirdi ki, bizə oradan dedilər ki siz qara siyahıda deyilsiniz işinizlə məşgul olun və yazılanlara fikir verməyin. Hətta göbələk kimi yayılmış saytlara atalar misalı çəkərək "it yürər karvan keçər” ismarıcını göndərdi. Sonda məsələ ilə bağlı heç bir fakta əsaslanmayan açıqlama verməyərək yalandır böhtandır deyə bizə faydalı işlə məşqul olmağımızı məsləhət gördü.
P.S. Vuqar Yusifovun nəzərinə, faydalı iş sizin pis əməllərinizi ictimayyətə çatdırmamaqdır?
Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]