Əsas Səhifə / Ölkə

Rusiyalı maqnata məxsus olan “Global Energi Azerbaycan”da korrupsiya faktları – SƏNƏDLƏR

18-01-2016, 08:42

Qeyd edək ki, bu günə kimi Avrasiya İnformasiya Agentliyi olaraq Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti və "Şirvan oil” Şirkətində baş verən müxtəlif hadisələri və danılmaz faktları yayımlamışdıq.

Bu məlumatlar içərisində 2012 ildən başlayaraq «Qarasu» Əməliyyat Şirkətinin yeməkxanasından fəhlələrin ehtiraz etməsi, eyni zamanda şirkətin 1960-cı ildə istehsal olunan traktoru ( BAKİNES Qurğusu) ilə bağlı 60 min AZN pulun AKA 4 agregatına, 120 min AZN pulun Su maşınına, 60 min AZN pulun təmir adı ilə silinmaəsi Karasu ƏŞ məxsus olan Aydiko ve UPA tipli qazma qurgularının gizilncə şirkət ərazisindən çıxarılaraq satılması və hətta Global Energi Şirkətinin rəhbərl İqor İvanoviç Kirdodanın ona yaxın rəhbərlərin adı MTN-lə iş birliyində olaraq peşəkar kadrların ləkələnərək təhdid olunaraq və oğurlanaraq işdən uzaqlaşdırılmasında hallandı.

karasu2Yalnız 2014-2015-ci  illərində apardığımız araşdırma zamanı bəlli oldu ki, «Qarasu» Əməliyyat Şirkətinin istifadə etdiyi nəqliyyat vasitələri şirkət tərəfindən keçirilən tender əsasında müəyyənləşdirilir. Düzdür «Qarasu» Əməliyyat Şirkəti belə tenderlər keçirib və tenderin qalibi olan "Neftçi ”, "Neftçi İnşaatçı” və "TEMP” kimi şirkətlərlə müqavilələr bağlanılıb və bu şirkətlərin avtomobilləri aylıq, günlük icarəyə götürülərək istifadə edilib. Təkçə bir faktı qeyd edək ki, 2014-cü ilin maliyyə səndlərinə nəzər yetirdikdə məlum olur ki, bu şirkətlərlə bağlanılan müqavilələrdə avtomobillərin günlük icrə haqları 30-40 AZN-dən başlayırdı. Hətta bu şirkətlər tenderin qalibi olub müqavilə bağlamalarına baxnayaraq, icarə haqlarını vaxtında belə «Qarasu» Əməliyyat Şirkəti tərəfindən ödənilməyib.

Bu günlərdə isə araşdırmamız zamanı məlum olur ki, «Qarasu» Əməliyyat Şirkətində işləyən bəzi menecerlər belə şirkətə özlərinin avtomobillərini icarəyə  veriblər. Bu avtomobillrə də günlük icarə haqqı ödənilib. Amma nədənsə birdən-birə «Qarasu» Əməliyyat Şirkətində proseslər başqa yön almağa başlayır. Apardığımız araşdırma zamanı bəlli olur ki, "Global Energi ” şirkətinin menceri İntiqam Sadıqova və «Qarasu» Əməliyyat Şirkətinin Nəqliyyatın Təminatı idarəsinin menceri Arif Alışova məxsus olduğu iddia edilən "CTS Solutions Allianse LLP” şirkəti «Qarasu» Əməliyyat Şirkətinin keçirdiyi tenderlərdə iştirak etmədən «Qarasu» Əməliyyat Şirkəti ilə müqaviləsi olan yuxarıda adları keçən şirkətləri 2014-cü ildə sıxışdırıb çıxararaq "CTS Solutions Allianse LLP” şirkətinə məxsus nəqliyyat vasitələrini qeyri qanuni olaraq «Qarasu» Əməliyyat Şirkətində icrəyə daxil edirlər.

Araşdırma zamanı bəlli oldu ki, «Qarasu» Əməliyyat Şirkətinin keçirdiyi tenderlərin qalibi olan şirkətlər əgər günlük 30-40 manatdan nəqliyyat vasitələrini icarəyə verirdirlərsə, "CTS Solutions Allianse LLP” şirkəti isə günü 1 avtomobil üçün 90 AZN, 1 avtomobilin aylıq icarə üçün isə 4000 AZN gəlir əldə edir. Yuxarıda qeyd etdik ki, dünyada neftin qiymətinin kəskin azalmasını bəhanə edərək "Qarasu”Əməliyat Şirkəti öz əməkdaşlarını könüllü olaraq 1 aylıq məzuniyyətə, məzuniyyətdən qayıtdıqdan sonra isə maliyyə sıxıntısını əsas gətirərək "Əmək Məcəlləsi”ni pozaraq onları işdən çıxarmışdır.

Amma əldə etdiyimiz bu şok maliyyə sənədlərinə inansaq görərik ki, "Qarasu”Əməliyyat Şirkəti hasilat çıxarmaqla məşğul deyil, şirkət içərisində iki-üç nəfərin şəxsi biznesinə çevrilmişdir. Belə olmasaydı, Intiqam Sadıqov və Arif Alışov bundan yararlanaraq "CTS Solutions Allianse LLP” şirkətini hər hansı bir tenderdə iştirak etmədən "Qarasu”Əməliyyat Şirkətinə daxil edib günlük icarə haqlarını qaldırmaq yolu ilə yüz minlərlə manat gəlir əldə edə bilməzdilər. Digər maraqlı fakt ondan ibarətdir ki, 2014-cü ilin maliyyə sənədlərinə görə, "Qarasu”Əməliyyat Şirkəti yuxarıda qeyd olunan tenderin iştirakçısı şirkətlərdən içarəyə götürülən nəqliyyat vasitələrinə görə, ödənişləri aylarla uzatdığı halda, "CTS Solutions Allianse LLP” şirkətinin nəqliyyat vasitələri şirkətin ərazisinə daxil olmadığı halda əvvəlcədən bu şirkətə ( nəğdi köçürmə) ödəniş etmişdir.

İnvestisya yatırımı adi altinda şəxsi biznes şəbəkəsini quran Global Energi şirkətinin rəhbəri oglu İvan Kirdodaya acmiş oldugu Navanta şirkətinin illik qazanci təxminən 8 -10 milion Azn təşkil edir Adlari cəkilən GTS AIYANS SOLİTİONS və NAVANTA şirkətləri vergi ödəyicisi olan yerli şirkətləri inhisara alaraq sixişdirib cixararaq OFFŞORE şirkətləri kimi qeydiyyatdan keçərək Azərbaycan dövlətinə heç bir vergi ödəməyərək millionlarla dollar vəsaiti offşor şirkətlərinə daşıyirlar. Bu hallari isə SOKAR -ARDNŞ yüksək ranqli rəhbərləri bilərək susurlar.

Araşdırmaçı Fuad Agayev

Araşdirmalar davam edəcək

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]