Əsas Səhifə / Foto Fakt

Ziya Məmmədovun “sağ əli”nin ikili vətəndaşlığı ortaya çıxdı FOTO

20-01-2016, 13:28

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı dairə günbəgün daralır. Cənab nazirin təkcə səlahiyyətləri əlindən alınmır, həm də onun ətrafı, MDB məkanına uzanan "qolları” sıradan çıxarılır.

Bu gün daxil olan məlumatda Ziya Məmmədovun Ukraynadakı "sağ əli”, kriminal aləmdə tanınan Qulam Ələkbərovun ikili vətəndaşlığının olması qeyd olunub.

Məlumdur ki, ölkəmizin əsas qanununa görə, ikili vətəndaşlıq mümkün deyil. Deməli, Ziya Məmmədovun yaxın ətrafındakı şəxslər hətta ölkənin konstitusiyasını pozaraq, gizli yolla ikili vətəndaşlqı əldə ediblər. Bütün bunlar hamısı gələcəkdə hər hansı ekstremal hal baş verərəsə, özlərini sığortalamaq məqsədi güdür. (Bizimxeber.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]