Siyasət

Ermənistan AŞPA-da Azərbaycana qarşı kontur-ssenari hazırlayır

20-01-2016, 09:49
Bir həftə sonra Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayacaq.

Budəfəki toplantının Azərbaycan üçün önəmi odur ki, sessiya çərçivəsində Ermənistan əleyhinə iki mühüm qətnamə layihəsi səsverməyə çıxarılacaq. Onlardan biri "Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində zorakılıqlar”, o biri isə Sərsəng su anbarının qanunsuz istismarı haqdadır.

Hər iki sənın qurucu müvafiq komitələrinin təsdiqindən artıq keçib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, vəziyyətdən narahat olan erməni tərəfi qətnamələrin qəbulunu əngəlləmək üçün bir neçə ssenari hazırlayıb. Bu barədə yazan "Aykakan jamanak” qəzeti erməni tərəfinin hansı kontur-addımlar atacağının ciddi məxfilik altında olduğunu qeyd edib - guya Azərbaycan tərəfi tez xəbər tutsa, əks-tədbirlər görə bilər. 

O da bildirilir ki, əgər bu sənədləri əngəlləmək mümkün olmasa, o zaman Ermənistan nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Ermine Naqdalyan vəzifəsindən istefa verəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]