Kriminal

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

17-12-2017, 18:26
Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.
Xeberman.com xəbər verir ki, virtualaz.org-un əldə etdiyi məlumata görə, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyevvasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]