Kriminal

Azərbaycanda bank rəhbəri tutuldu - Rəsmi

9-05-2017, 00:32
Azərbaycanda bank rəhbəri tutuldu - RəsmiLəğv olunmuş DekaBank ASC-nin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlu həbs edilib

Xeberman.com-un verdiyi məlumata görə, N.Vəliyev barəsində ötən gün külli miqdarda vəsaiti mənimsəmə ittihamı ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb və onun barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan faktı təqdiqləyiblər.

N.Vəliyevin vəkili Adəm Məmmədov DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olduğunu açıqlayıb. Belə ki, T.Ağayev N.Vəliyevin bibisinin əridir. İddiaya görə, Tariyel Ağayev külli miqdarda (söhbət milyonlardan gedir – red.) vəsaiti mənimsəməklə onu aldadan qohumundan hüquq mühafizə orqanlarına şikayət etmişdi.

DekaBank ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu bankın ləğv prosesi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]