Dünya

Kadırov İsraili müharibə ilə təhdid etdi

8-12-2017, 17:33
Kadırov İsraili müharibə ilə təhdid etdi
ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq.

Avropa.info xəbər verir ki, Çeçenistan dövlət başçısı Ramzan Kadırov belə düşünür.

“Əminliklə deyə bilərəm ki, yüngül desək, Trampın qeyri-adekvat qərarı İsrail dövlətini qanlı qarşıdurmanın, daha yeni, daha güclü və təşkilatlanmış intifadanın içinə atacaq” – Kadırov sosial şəbəkədəki hesabında belə yazıb.

Onun sözlərinə görə, belə bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir.

“Amerika prezidentinin siyasətini necə başa düşək? Çox sadə. Öz “dünya düzəni” üçün İraq və Suriya ərazisində terrorçu platsdarm yaradanın kim olmasına olan axırıncı şübhə də yoxa çıxdı” – Kadırov yazır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]