Xəbərlər

İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslar aclıq elan ediblər

17-04-2017, 18:52

Aksiya iştirakçıları Fələstin Azadlıq Hərəkatının tanınmış nümayəndəsi Marvan Barqutiyə İsrail məhkəmsinin ömürlük iş kəsməsinə etiraz edirlər.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Fələstin muxtariyyətinin lideri İssa Karakenin sözlərinə görə, 1300 fələstinli məhbus aclıq elan edib. “Fələstin Məhbuslar Klubu” isə aclıq aksiyasında 1500 nəfərin iştirak etdiyini bildirib.

O, 2004-cü ildə həbsxanada Mahmud Abbasın Fələstinin başçısı olmasını dəstəkləmişdi. Həmin il məhkəmə onu İsrail vətəndaşının ölümündə ittiham edərək, 5 dəfə ömürlük, eləcə də sui-qəsdə görə 40 il müddətinə azadlıqdan məhrum etmişdi.

Fələstinlilərin əksəriyyəti Barqutini milli qəhrəman hesab edir. Həbsxanada olan Barquti Fələstinin nüfuzlu siyasi liderlərindən biri hesab edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]