Ölkə

«ŞƏFQƏT» KLİNİKASINDA QADINA QARŞI İYRƏNC HƏRƏKƏT EDİLDİ

24-05-2016, 13:54
Doktor Baxşəliyev süni mayalanma üçün müraciət edən pasiyentin ailəsini dağıdıb.

O, iyrənc əməllərilə mömin qadının hicabını açmasına, dindən uzaqlaşmasına səbəb olub Bu gün həm paytaxtda, həm də ölkənin bir çox şəhər və rayonlarında elə gənclər var ki, övladın olmaması səbəbindən boşanır, ailələr dağılır. Düzdür, son illər tibb sahəsində bunun çıxış yolu kimi süni mayalanmanı önə çəksələr də, qeyd olunan proses həm baha başa gəlir, həm də hər ailə buna razılıq vermir. Diqqət yetirsəniz görərsiniz ki, bu gün ölkədə fəaliyyət göstərən özəl klinikaların bir çoxu telekanallar vasitəsilə özlərini reklam edir, süni mayalanmanı ən son texnologiyalarla həyata keçirdiklərini və bunun heç bir fəsadının olmadığını bildirirlər. 
 
 
XEberman.com gündəlikbakı.com-a istinadən xəbər verir ki, bu cür tibb müəssisələrindən biri də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 92a ünvanında yerləşən «Şəfqət» Klinikasıdır. Adıçəkilən tibb ocağında müayinə, müalicə, cərrahiyyə və ginekologiya şöbələrinin fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, doktor Baxşəliyevin baş həkimi olduğu klinikaya məhz süni mayalanma üçün müraciət edən pasiyentlər xoşagəlməz məqamlarla üzləşirlər: «Nəzərinizə çatdırım ki, süni mayalanma sonsuzluğun müalicəsində tətbiq olunan müxtəlif metodların kompleksindən ibarətdir. Belə ki, yumurtalıqdan yumurta hüceyrə əldə edilir, laboratoriyada spermatozoidlə birləşdirilir. Hazır rüşeym 3 gün sonra uşaqlığa yerləşdirilir. Rüşeymin tutub tutmaması 2 həftə ərzində bilinir. Bu yolla hamiləlikdə düşük və vaxtından qabaq doğuşlara tez-tez rast gəlinir. Bir də belə hamiləlikdə əkiz və üçəmlər çox olur. Körpənin özünə gəlincə, təbii yolla mayalanmış uşaqdan heç bir fərqi yoxdur. Doktor Baxşəliyevin baş həkimi olduğu «Şəfqət» Klinikasına gəlincə, deyilənlərə görə, süni mayalanma üçün bu tibb ocağına üz tutan pasiyentlər sonda bir sıra xoşagəlməz, hətta şokedici hallarla qarşılaşırlar. İlk öncə onu qeyd edim ki, «Şəfqət» Klinikasında süni mayalanma təxminən, 4-8 min manata başa gəlir. Bu məbləğə yumurtaların toplanması, mikroenjeksiyon və spermin yumurta içinə daxil edilir. Bundan əlavə, folikulların stimullaşdırılması üçün 1000 – 1200 manat tələb olunur. Daha sonra qanda HÇQ-ni yoxlanılması üçün analizlər edilir. Bunun da 60-150 manat xərci var. Və hamiləlik başlayır. Sadəcə, belə hamilələrə hamiləlik müddətində əlavə hormonlar verilir. 100-150 manat da buna gedir». Beləliklə, bir müddət öncə süni mayalanma üçün «Şəfqət» Klinikasına müraciət edən hicablı qadının doktor Baxşəliyev tərəfindən təcavüzə məruz qaldığını bildirən mənbə iddia edir ki, həmin xanım baş həkimdən bir oğul və bir qız övladı dünyaya gətirib: «Xanımın dediyinə görə, klinikanın baş həkimi övlad arzusu ilə tibb müəssisəsinə pənah gətirən dindan, hicablı qadına bir neçə dəfə təcavüz edib. Ərinin bundan xəbər tutub cinayətə əl ata biləcəyindən, məhbus həyatı yaşayacağından ehtiyat edən qadın doktor Baxşəliyevin əməlləri barədə ilk əvvəl heç kimə heç nə danışmayıb. Bundan yararlanan, yəni qadının çarəsizliyindən istifadə edən doktor Baxşəliyev hicablı qadına bir neçə dəfə təcavüz edib. Nəticədə həmin qadın ilk öncə qız övladını, daha sonra oğlan övladını dünyaya gətirib. Qadın dindar adam olduğundan bundan sonra namaz qılmağa belə, çətinlik çəkib. Onun günahı olmasa da, özünü təqsirkar bildiyi üçün dindən vaz keçib. Belə ki, doktor Baxşəliyev iyrənc əməllərilə mömin qadının hicabını açmasına, dindən uzaqlaşmasına ailəsinin dağılmasına səbəb olub». Qeyd edək ki, əlimizdə bütün bunları sübuta yetirəcək faktlar, videogörüntülər mövcuddur. Odur ki, növbəti saylarımızda məsələ ilə bağlı daha ətraflı məlumat verəcək, doktor Baxşəliyevin iyrənc əməllərilə əlaqədar əldə etdiyimiz bilgiləri sizlərlə paylaşacağıq. Bizi izləyin! Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S Dəfələrlə "Şəfqət" klinikasına müraciət etməkdə adı çəkilən şəxsi tapa bilmədik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]