İqtisadiyyat

Neft pulları belə talanıb – bir şirkətdəki korrupsiyanın göz qaraldan rəqəmləri

1-02-2016, 00:30

Bundan başqa quyuların təmiri üçün nəzərdə tutulan T130 markalı 18T-093 nömrəli qurğu 2014-cü ilin aprel ayında QƏŞ-in nəqliyyatın təminatı şöbəsinin meneceri Arif Alışovun imzalı məktubu ilə təmir adı altında qondarma NTC LTD şirkətinə göndərilib. Görülən işlərlə bağlı akta diqqət yetirdikdə qiymətlərin şişirdildiyi açıq-aşkar sezilir.

Məsələn, nasosun qiyməti satış mərkəzlərində 200 manat olduğu halda sənəddə 3000 manat, adi əyləc "qaykası”nın qiyməti 2700 manat, qurğunun qüllə hissəsinin təmirinə isə 4500 manat xərcləndiyi göstərilib. Ümumilikdə texnikaya əsaslı təmir adı altında 60 min manat pul silinib.

Məlumatlarda həmçinin bildirilir ki, hidrotor qurğusunun təmiri adı altında 02 mart 2014-cü il tarixdə 16000 manat pul silinib. Bildirilir ki, həmin qurğunun yenisinin qiyməti 12 min manatdır. Bu qurğunun təmiri QƏŞ rəhbərliyinə yaxın olan GSN MMC tərəfindən aparılıb. Təmir aktına imza atan Adil Bəylərov hazırda QƏŞ-in nəqliyyat sexinin rəisi vəzifəsində işləyir.

Məlumatlarda bildirilir ki, QƏŞ GTS Solitions Allianse LLP şirkətindən icarəyə nəqliyyat vasitələri götürüb. Və 24 nəqliyyat vasitəsinə görə 1 ayda 53 min 546 manat ödəyib. Bildirilir ki, hazırda GTS Alyance şirkəti QƏŞ-ə 60-a yaxın nəqliyyat vasitəsini kirayə verib və bu şirkətin 1 aylıq qazancı 150 min manatdır. Məlumatlara görə, bu şirkət ofşor zonada qeydiyyatdan keçib. Yəni, vergi ödəmir. Bildirlir ki, "Global Energy” şikrətinin prezidentinin göstərişi ilə 2014 ilin yanvar ayından QƏŞ-də tenderin qalibi olan 4 böyük yerli şirkəti – "Neftçi”, "Inşaatçı”, "Temp”, "Melerator” – çıxarılaraq yerinə QƏŞ-in təminat meneceri Intiqam Sadıqov tərəfindən qurulmuş GTS Solitions Allyance Şirkəti gətirilib. Intiqam Sadıqov SOCAR-ın sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin ən yaxın adamı sayılır. O, vaxtilə həmin idarədə çalışıb


Administratorla əlaqə

077 611-55-22

[email protected]