Xəbərlər

UNEC-də "Məzun 2017” Əmək Yarmarkası keçirilib - FOTOLAR

15-10-2017, 11:24

Oktyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-də “Məzun 2017” əmək yarmarkası keçirilib.

UNEC-dən Xeberman.com-a bildirilib ki, yarmarkada təmsil olunan 50-dək iştirakçıdan ümumilikdə 634 vakansiya təklif edilib. Maliyyə və mühasibat, marketinq, sığorta, informasiya texnologiyaları və sistem mühəndisliyi vakansiyaları üstünlük təşkil edib. Əmək yarmarkasında 13 beynəlxalq şirkət və dörd yerli holdinq təmsil olunub.

Yarmarkada cəlbedici təkliflər təcrübə proqramları ilə bağlı olub. Praktik biliklərlə yanaşı, potensial iş imkanlarının yaradılması da nəzərdə tutulmaqla, tələbələrə dərsdən sonra çalışmağa şərait yaradan “part-time” iş imkanları təklif edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və UNEC-in rektoru, professor Ədalət Muradov məzun yarmarkasını izləyiblər.

Əmək yarmarkasında dövlət və özəl sektor nümayəndələri yeni təkliflər irəli sürüblər. Tələbələr arasında müsahibəyə hazırlıq, xüsusilə özünü təqdimetmə və karyera planlaması istiqamətində işlərin aparılması, müvafiq təlimlərin keçirilməsinə ehtiyac olduğu qeyd edilib. UNEC Karyera Mərkəzi və şirkət nümayəndələri ilə birlikdə bütün tələbələr üçün təlimlərin keçirilməsi razılaşdırılıb









Administratorla əlaqə

077 611-55-22

[email protected]