Siyasət

BŞİH Milli Şuraya mitinq keçirməyə icazə verdi

5-10-2017, 18:58

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın oktyabrın 7-də, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilib.

Qeyd edək ki, Milli Şuranın sonuncu mitinqi sentyabrın 23-də keçirilib. / Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]