Xəbərlər

Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb

8-04-2017, 21:18

Xeberman.com xəbər verir ki, nazirliyin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

“Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”

Administratorla əlaqə

077 611-55-22

[email protected]