Xəbərlər

Bakıda Milli Şuranın mitinqi keçirilib – FOTO + YENİLƏNİB

23-09-2017, 17:48

Bu gün Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

Xeberman.com Report-a istinadən xəbər verir ki, aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, Şuranın üzvləri Rövşən Əhmədli və İbrahim İbrahimli çıxış ediblər.

Bildirilib ki, növbəti mitinq oktyabrın 7-də keçiriləcək.

15:49

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Hazırda mitinq davam edir.


Qeyd edək ki, mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və başqaları çıxış edəcək.

Aksiyada təşkilatçıların əvvəlcədən proqnoz verdiyindən çox az adam iştirak edir.





Administratorla əlaqə

077 611-55-22

[email protected]