Xəbərlər

Lütfi Zadə ilə vida mərasimi başlayır

29-09-2017, 11:17

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi başlayır.

Xeberman.com Report-a istinadən xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcək.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]