Xəbərlər

Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib – YENİLƏNİB + FOTO

10-06-2017, 11:21

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Xeberman.com APA-ya istinadən verdiyi məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. O, iyunun 8-də İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.




9:45

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.

9:00

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Xeberman.com APA-ya istinadən verdiyi məlumata görə, onunla vida mərasimi bu gün keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftəsonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]