Xəbərlər

Lütfi Zadə ilə vida mərasiminin yeri məlum oldu

28-09-2017, 10:51

Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.

Xeberman.com xəbər verir ki, bu barədə APA-ya Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova məlumat verib.

Onun sözlərinə görə, alimin cənazəsi sentyabrın 29-da Bakıya gətiriləcək: “Bakı-Nyu-York reysini yerinə yetirən təyyarə sentyabrın 29-da, səhər saat 6:00-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.

Cənnət Səlimova əlavə edib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da, saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da, 96 yaşında Kaliforniyada vəfat edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]