Xəbərlər / Maraqlı

14 yaşlı uşaq pumadan heyfini aldı

29-09-2017, 10:07
14 yaşlı uşaq pumadan heyfini aldı
Amerikanın Cənubi Dakota ştatındakı Kaster şəhərində ferma sahibinin 14 yaşlı oğlu keçi öldürən pumadan qisas aldı. Bu haqda “Rapid City Journal” nəşri yazıb. Puma Kasterlərin malikanəsindəki fermaya yol tapıb və orada keçini, ördəyi, pişiyi və toyuğu öldürüb.

Yırtıcı heyvan bilinməyən səbəblərə görə öz şikarını yeməyib. Fermanın sahibəsi Lila Streff güman edir ki, pumanı onun itlərindən biri qovub.
Növbəti gün isə evin balaca oğlu həyətdəki oyun meydançasında silahla birgə oturub. O, yırtıcı heyvanın yenidən fermaya gələcəyini gözlədiyi üçün ondan bu formada qisas almağı planlaşdırırdı.

Anası oğlunda nəsə alına biləcəyindən şübhələnirdi. Amma cəmi yarım saat sonra tüfəng səsi eşitdi. Yerdə 30 kiloluq ölü puma var idi. Güllə onun düz ürəyini deşmişdi. “Mən heç vaxt pumaları belə yaxından görməmişdim. Onun gerçəkdən ölüb-ölmədiyini bilmədiyim üçün ora getməkdə çətinlik çəkirdim. Mən puma ovu edənlərdən deyiləm. Amma əgər onlar sənin sevimli heyvanlarına hücum edirlərsə, bunun nəticələrinə də dözməlidilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]