Xəbərlər / Maraqlı

Argentinada insan siması olan çəpiş doğulub

23-07-2017, 12:31

Argentinada siması insan sifətini xatırladan keçi balası dünyaya gəlib.

Xeberman.com Report-a istinadən verdiyi məlumata görə, bu barədə "El Chorrillero" nəşri məlumat yayıb. Heyvan çərşənbə axşamı ölkənin La-Rioxa vilayətində doğulub. Heyvanın sahibi Qledis Ovyedo deyib ki, başı deformasiyaya uğrasa da, digər çəpişlərdən heç nəyi ilə fərqlənmirdi. Təsərrüfat sahibinin sözlərinə görə, mutant çəpiş üç saatdan çox yaşamayıb. "Mən ona süd verməyə hazırlaşırdım ki, gördüm o nəfəs almaqda çətinlik çəkir. Tezliklə öldü"


Administratorla əlaqə

077 611-55-22

[email protected]