İdman

UEFA klublarımızın oyununun vaxtını və yerini dəyişdi

7-07-2017, 21:09

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki görüşlərinin vaxtı və yeri dəyişib.

Qol.az-ın yaydığı xəbərə görə, bütün 3 komandanın ev oyunlarının Bakıya təsadüf etməsi ilə əlaqədar belə bir qərar verilib.

UEFA-nın qərarına əsasən, "Zirə" "Astra" ilə ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirəcək. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı "Dalğa Arena"da olacaq. "İnter" Lüksemburqun "Fola Eş" komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez keçirəcək. 12 iyul matçı "Dalğa Arena"da olacaq.

"Qəbələ" isə iyulun 13-də Polşa "Yagelloniya"sını "Bakcell Arena"da qəbul edəcək. Həm "İnter", həm də "Qəbələ"nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]