Media

"Turan" agentliyinin dondurulmuş bank hesabları açılıb

18-09-2017, 16:12
"Turan" agentliyinin dondurulmuş bank hesabları açılıb
Vergilər Nazirliyi "Turan" agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Eyni zamanda, agentliyə qarşı qaldırlmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir.

Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb.

Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda "Turan" agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinatyət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan mənləğlə bağlı qərarını ləğv edib.

"Turan" agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb.

Amerikanın Səsi

Administratorla əlaqə

077 611-55-22

[email protected]