Media

Mehman Əliyevə qarşı əlavə ittiham irəli sürülüb - YENİLƏNİB

25-08-2017, 19:32

"Turan" xəbər agentliyinin direktoru Mehman Əliyev barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə haqqin.az-a Yasamal rayon məhkəməsindən xəbər verilib.

14:41

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, vəkil Fuad Ağayev bildirib ki, M.Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M.Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]