İdman

Əfsanəvi futbolçu əlil arabasında – FOTO

17-09-2017, 10:36

Əfsanəvi braziliyalı futbolçu Pele ABŞ-da görülüb.

Xeberman.com APA-ya istinadən verdiyi məlumata görə, Nyu-York hava limanında əlil arabasında kameraların obyektivlərinə tuş gələn keçmiş hücumçu fanatlarına avtoqraf verib.

Uzun müddətdir səhhətində problemlər olan Pelenin ABŞ-a əməliyyat üçün gəldiyi güman edilir. O, iki il öncə də cərrahi müdaxiləyə məruz qalmışdı.

Qeyd edək ki, FİFA-nın xüsusi komissiyası tərəfindən XX əsrin ən yaxşı futbolçusu seçilən Pele Beynəlxalq Olimpiya Komitəsi tərəfindən isə ötən əsrin ən yaxşı idmançısı hesab olunub.

O, dünya çempionluğunu ən çox qazanan futbolçu ünvanına da sahibdir – 3 dəfə.



Əfsanəvi futbolçu əlil arabasında – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]