Xəbərlər / İdman

FİFA Almeydanın Azərbaycan millisində oynamasına razılıq verdi

31-05-2017, 03:24
FİFA-nın müvafiq komitəsi AFFA-nın “Qarabağ”da çıxış edən futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb.

Xeberman.com-un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məsələnin həlli mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verilib.

AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.

Qeyd edək ki, hazırda Riçard Almeyda Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin düşərgəsindədir. Əslən braziliyalı yarımmüdafiəçi iyunun 10-da Şimali İrlandiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçında meydana çıxa bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]